Azərbaycan cüdoçuları dünya çempionatını 8 medalla başa vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliyanın paytaxtı Lissabonda veteran cüdoçular arasında keçirilən dünya çempionatına yekun vurulub.
BAKU.WS "Apasport.az" saytına istinadən xəbər verir ki, mötəbər yarışın sonuncu günündə Azərbaycan cüdoçuları daha 3 medal qazanıblar.
Təmsilçilərimizdən Məmməd Məmmədov (M-2, 73 kq) gümüş, Vüqar Babayev (M-2, 66 kq) və İntiqam Ələkbərov (M-2, 100 kq) isə bürünc medala yiyələniblər.
Qeyd edək ki, çempionatın əvvəlki günlərində komandamızın üzvləri Babək Hacıyev (M-4, 60 kq) qızıl, Mübariz Cəfərov (M-5, 81 kq) gümüş, Müşfiq Cəfərov (M-5, 73 kq), Tural Səfquliyev (M-1, 100 kq) və Azər Əsgərov (M-5, +100 kq) isə bürünc medal qazanıblar.
43 ölkədən 350-dən çox idmançının mübarizə apardığı dünya çempionatında Azərbaycan 15 cüdoçu ilə təmsil olunub.
Oxşar xəbərlər
“Tokio-2020”: Medal sıralamasında Azərbaycan yeddinci pilləyə yüksəlib
Avqustun 28-də - “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının dördüncü günündə 61 ölkənin idmançıları medal qazanıblar. BAKU.WS xəbər verir ki, medal siyahısına...