Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 medal qazanıb - FOTO
21
apr
2024
09:27
Azərbaycan cüdoçuları İtaliyanın Liqnano şəhərində keçirilən gənclər arasında Avropa Kubokunun ilk günündə 1 qızıl və 1 bürünc medala sahib olub.
BAKU.WS Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə oğlanlar arasında 2 çəki dərəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
60 kq çəkidə Nizami İmranov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 66 kq-da Məhəmməd Musayev isə bürünc medal əldə edib.
Qalereya
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb - YENİLƏNİB
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Ramazan Əhmədov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb "Report"un Zaqrebə ezam olunmuş əməkdaşı...