Azərbaycan çempionatının bərpası qeyri-müəyyən müddətədək uzadıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasının bərpası ən azı karantin dövrü bitənədək uzadılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib.
O, çempionatla bağlı məsələdə Nazirlər Kabinetinin qərarına uyğun hərəkət edəcəklərini bildirib: “Hazırda hər yer bağlıdır. Karantin müddəti hələlik aprelin 20-dək nəzərdə tutulub. Son qərara uyğun hərəkət edəcəyik. Xüsusi karantin rejiminin müddəti artırılsa, çempionatın bərpası yubanacaq".
Şahgəldiyev klublara vaxt barədə heç bir məlumat verə bilmədiklərini vurğulayıb: "Aprelin 20-də karantinin bitib-bitməyəcəyindən məlumatımız yoxdur. Nazirlər Kabinetinin yeni qərarı nə olacaqsa, ona uyğun addım atılacaq”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasındakı fasilənin müddəti bu gün bitməli idi.
Oxşar xəbərlər
Ramin Musayev çempionatın taleyindən danışdı: "2 variantımız var"
“Çempionatın bərpası yalnız respublikadakı vəziyyətdən asılıdır. Karantin rejimi ləğv olunandan sonra nə isə danışa bilərik. Bu gün söylədiklərimiz hamısı artıq...