Azərbaycan boksçusu dünya çempionatının finalına vəsiqə qazandı

Azərbaycan boksçusu dünya çempionatının finalına vəsiqə qazandı
İdman 111

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 86 kq-da mübarizə aparan idmançı kubalı Ruis Kordoba ilə qarşılaşıb.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges adını finala yazdırıb. O, sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 boksçusu yarımfinal görüşlərini keçirəcək. Sərxan Əliyev (71 kq) ukraynalı Yuri Zaxariyevlə, Məhəmməd Abdullayev (+92 kq) isə ermənistanlı Davit Çaloyanla üz-üzə gələcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər