Azərbaycan Basketbol Liqasında "Sumqayıt" qələbə qazanıb
15
yan
2025
21:21
Azərbaycan Basketbol Liqasının IX turunda "Sumqayıt" qələbə qazanıb.
"Report" xəbər verir ki, B qrupunun təxirə salnmış matçında "gənclik şəhəri" təmsilçisi "Ordu" kollektivinə 126:90 hesabı ilə qalib gəlib.
Bu gün keçirilən əvvəlki görüşdə isə "Şəki" "Gəncə"ni 72:66 hesabı ilə üstələyib.
Qeyd edək ki, dünən A qrupunun təxirə salınmış "Naxçıvan" - "Abşeron" matçı Naxçıvan təmsilçisinin 102:82 hesablı qələbəsi ilə yekunlaşıb. IX turun oyunları dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.
Oxşar xəbərlər
"Atletik" klubu "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
İspaniyanın "Atletik" klubu "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirilən oyun zamanı azarkeşlərin davranışına görə cəzalandırılıb. BAK...