Azərbaycan Basketbol Liqası: "Neftçi" XIII turda qələbə qazanıb
02
fev
2024
22:31
Azərbaycan Basketbol Liqasında XIII turun daha bir oyunu baş tutub.
"Report" xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində keçirilən günün ikinci matçında yeni transferləri ilə güclənmiş "Neftçi" aşağı pillələrdə qərarlaşan "Sumqayıt" klubu ilə qarşılaşıb.
Görüş paytaxt təmsilçisinin 113:96 hesablı qələbəsi ilə bitib.
Ən məhsuldar basketbolçular "Neftçi"dən DiAncelo Stüart (24 xal, 4 asist), "Sumqayıt"dan Lenard Dikson (29 xal, 6 ribaund) olublar.
Oxşar xəbərlər
Azərbaycan Basketbol Liqası: "Neftçi" və "Sabah" çətin qələbə qazanıblar
Azərbaycan Basketbol Liqasında 9-cu turun həm açılış, həm də mərkəzi oyunu baş tutub. "Report"un məlumatına görə, "Sərhədçi" İdman Mərkəzində baş tutan günün il...