Azərbaycan avarçəkəni dünya ikincisi olub

Azərbaycan avarçəkəni dünya ikincisi olub
İdman 56

Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında gümüş medal qazanıb.

Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, həlledici yürüşdə Diana Dimçenkonu Dünya çempionluğundan cəmi 9 saniyə ayırıb.

25 dəqiqə, 05.86 saniyəyə finiş xəttinə çatan idmançımız dünya çempionatının gümüş medalına sahib olub. Birinci yeri Fransa, 3-cü yeri isə isveçli avarçəkən tutub.

Qeyd edək ki, Diana Dimçenko 2018 və 2019-cu illərdə Dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub.

Son xəbərlər