Azərbaycan atleti Balkan çempionatında medal qazanıb - FOTO
02
sen
2023
23:59
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Sivas şəhərində 18 yaşadək atletlər arasında Balkan çempionatı keçirilir.
"Report" xəbər verir ki, bu gün mübarizəyə qoşulan təmsilçilərimizdən İlahə Quliyeva uğurlu çıxışla yadda qalıb.
O, 400 metr məsafəyə qaçışda 56.54 saniyə nəticə ilə yarışın gümüş medalını qazanıb.
Nüvə itələmə növündə mübarizə aparan Səkinə Hacızadə isə 13.85 metr nəticə ilə yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib. Hacızadə yarışda 7-ci yeri tutub.
Qalereya
Oxşar xəbərlər
Bakı mundialını fərqləndirən 13 rekord
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı sona çatmaq üzrədir. Gərgin mübarizə şəraitində keçən mundialı maraqlı edən məqamlardan biri də rekordlard...