Azarkeşlərin Qara Qarayevi təhqir etməsinə görə “Qarabağ” cərimələndi - VİDEO

Azarkeşlərin Qara Qarayevi təhqir etməsinə görə “Qarabağ” cərimələndi - VİDEO
Video
İdman 2

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi” - “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.

“Neftçi” - “Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

“Neftçi” - “Qarabağ” görüşündə “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilib.

Qeyd edək ki, “Qarabağ” azarkeşləri “Neftçi”nin futbolçusu Qara Qarayevi təhqir etmişdilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

AFFA mövsümün sonuncu cəzalarını açıqladı

AFFA mövsümün sonuncu cəzalarını açıqladı

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib. BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının sonuncu...

19 İdman 13:03 06 iyun 2023

Son xəbərlər