Avropa Şahmat Birliyinin prezidenti "Baku Open 2026"nın təşkilatçılığını yüksək qiymətləndirib

Avropa Şahmat Birliyinin prezidenti Baku Open 2026nın təşkilatçılığını yüksək qiymətləndirib
İdman 18

"Baku Open 2026" Beynəlxalq Şahmat Festivalı çox gözəl təşkil olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Avropa Şahmat Birliyinin prezidenti Zurab Azmayparaşvili açıqlama verib.

O, turnirdə kifayət qədər iştirakçının olduğunu söyləyib:

"Belə bir zalda oynamaq şahmatçılar üçün gözəl bir fürsətdir. İnanın, təşkilatçılıq yüksək səviyyədədir. Burada olduğumuz üçün xoşbəxtik. "Baku Open" turnirinə bu qədər marağın olması bizi sevindirir. Lakin bəlkə bu say bir qədər də çox ola bilərdi. İndi təxminən 900 şahmatçı yarışda mübarizə aparır, bu sayı 1500-ə qədər artırmaq olar".

Qeyd edək ki, Bakı Kristal Zalında təşkil olunan yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.

Turnirə sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Daniil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd də qatılıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər