Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib

Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib
İdman 10

UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

“Report”un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, Yunanıstanın AEK klubunun futbolçusu Cibril Sidibenin İngiltərə təmsilçisi “Brayton”la görüşdə başla vurduğu qol ən yaxşı seçilib.

Fransalı müdafiəçinin zərbəsi azarkeşlər arasında aparılan səsvermədə hamıdan çox səs toplayıb.

Qrup mərhələsində “Qarabağ”la qarşılaşmada vurduğu qolla namizədlər sırasına düşən Almaniyanın “Bayer 04” klubunun hücumçusu Viktor Bonifeys 7-ci yerə layiq görülüb.

1. Cibril Sidibe (AEK): “Brayton”la oyun - 3:2 (I tur)

2. Pyerr-Emerik Obameyanq (“Marsel”): “Ayaks”la oyun - 4:3 (V tur)

3. Lukas Paketa (“Vest Hem”): “Olimpiakos”la oyun - 1:2 (III tur)

4. Lüdovik Blas (“Renn”): Hayfa “Makkabi”si ilə oyun - 3:0 (I tur)

5. Lorents Assinyon (“Renn”): “Vilyarreal”la oyun - 2:3 (VI tur)

6. Teys Dallinqa (“Tuluza”): “Liverpul”la oyun - 3:2 (IV tur)

7. Viktor Bonifeys (“Bayer”): “Qarabağ”la oyun - 5:1 (III tur)

8. Maqnus Volff-Eykrem (“Molde”): “Hakken”lə oyun - 5:1 (III tur)

9. Lukas Paketa (“Vest Hem”): “Frayburq”la oyun - 2:1 (II tur)

10. Santi Komesana (“Vilyarreal”): “Panatinaikos”la oyun - 3:2 (V tur)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər