Avropa Liqası: "Qarabağ" "Lion"a məğlub olub

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində Fransa təmsilçisi "Lion"a məğlub olub.
Ağdam təmsilçisi V turun oyununda 1:4 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda hesabı 15-ci dəqiqədə qonaqlar açıb. Jorj Mikautadze dəqiq zərbə müəllifi olub. 63-cü dəqiqədə fərq iki topa yüksəlib. Korentin Torisso toru silkələyib. 68-ci dəqiqədə Korentin Tolisso meydan sahiblərinin qapısına yol tapıb. 80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub. Görüşdə yekun hesabı isə Ağdam təmsilçisinin heyətində Juninyo müəyyənləşdirib. Hücumçu 87-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu dekabrın 12-də İsveç təmsilçisi "Elfsborq"a qarşı keçirəcək.
***23:31
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda beşinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda Ağdam təmsilçisi buraxılan qollardan birinin əvəzini çıxıb.
87-ci dəqiqədə Juninyo penalti zərbəsini dəqiq yerinə yetirib.
***23:25
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda dördüncü qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 4:0-a çatdırıb.
80-ci dəqiqədə Jorj Mikautadze dubl müəllifi olub.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
***23:12
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda üçüncü qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 3:0-a çatdırıb.
68-ci dəqiqədə Malik Fofana adını tabloya yazdırıb.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
***23:07
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabı 2:0-a çatdırıb.
63-cü dəqiqədə Tolisso adını tabloya yazdırıb.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
***22:49
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyununda hesab açılıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda irəli çıxıb.
15-ci dəqiqədə Jorj Mikautadze fərqlənib.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
***21:45
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun "Qarabağ" - "Lion" (Fransa) oyunu start götürüb.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı serbiyalı baş hakim Nenad Minakoviç idarə edir.
***21:06
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda baş tutacaq "Qarabağ" - "Lion" (Fransa) matçından əvvəl komandaların start heyətləri açıqlanıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun 21:45-də başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Qarabağ": Mateuş Koxalski, Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Patrik Andrade, Yankoviç, Yassin Benzia, Aleksey Kaşuk, Abdullah Zubir, Juninyo.
"Lion": Remi Deşam, Nikolas Talyafiko, Omari, Due Çaleta-Tsar, Naylz, Rayan Çerki, Tanner Tessmann, Cordan Veretu, Ernest Nuama, Jorj Mikautadze, Fofana.
Oxşar xəbərlər
"Neftçi" klubu Vensan Abubakarı transfer etdiyini açıqlayıb
"Neftçi" klubu yeni transferini açıqlayıb. BAKU.WS paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı Vensan Abubakarla müqavilə imzalan...
