Avropa çempionatında Azərbaycan idmançıları medallar qazandılar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında bürünc medal qazanıb.
Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, 58 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək fəxri kürsüyə qalxıb.
Bundan başqa, 52 kq çəki dərəcəsində mübarizə aparan Röyalə Fətəliyeva finalda uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan paracüdoçuları qitə birinciliyini 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.
Oxşar xəbərlər
Avropa çempionatında 7 medal qazanan Azərbaycan paracüdoçuları Vətənə qayıdıblar - FOTO
Niderlandın Rotterdam şəhərində Avropa paralimpiya çempionatında iştirak etmiş Azərbaycan paracüdoçuları Vətənə qayıdıblar. BAKU.WS-in məlumatına görə, idmançıl...