Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gəlib

Avropa çempionatı: Güləşçimiz erməniyə qalib gəlib
İdman 143

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürüb.

BAKU.WS xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır.

Əfqan Xaşalov ilk görüşdə yunan rəqibinə vaxtından əvvəl qalib gəlib. Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib.

Turan Bayramov 1/8 finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Rəşad Yusifli debütdə polşalı həmkarı üzərində inamlı qələbə qazanıb.

Şamil Zubairov rumıniyalı idmançı xalça üzərinə çıxmadığı üçün növbəti mərhələyə yüksəlib.

57 kq1/8 final: Əfqan Xaşalov – Yannis Martidis (Yunanıstan) 10:01/4 final: Əfqan Xaşalov - Razvan Kovaçs (Rumıniya)

65 kq1/8 final: Əli Rəhimzadə - Gevorq Tadevosyan (Ermənistan) 2:11/4 final: Əli Rəhimzadə

70 kq1/8 final: Turan Bayramov – Nikolae Koyokaru (Böyük Britaniya) 10:01/4 final: Turan Bayramov

79 kq1/16 final: Rəşad Yusifli – Andrey Sokalski (Polşa) 9:01/8 final: Rəşad Yusifli - Oktay Hasan (Bolqarıstan)

97 kq1/8 final: Şamil Zubairov – Albert Saritov (Rumıniya) +:-1/4 final: Şamil Zubairov - Süleyman Karadeniz (Türkiyə)

Qarşılaşmaları aşağıdakı linkdən izləmək mümkündür:

https://uww.org/event/european-championships-23

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər