4 güləşçimiz olimpiya lisenziyası uğrunda yarımfinalda - ADLAR

4 güləşçimiz olimpiya lisenziyası uğrunda yarımfinalda - ADLAR
İdman 117

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb.

Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, ilk yarış günündə sərbəst güləşçilər Olimpiadaya lisenziya sahiblərini müəyyyənləşdirəcək.

İslam Bazarqanov debütdə Almaniya təmsilçisi üzərində inamlı qələbə qazanıb. Yığma üzvü daha sonra Rumıniyadan olan həmkarını vaxtından əvvəl xalçadan məyus yola salıb.

Hacı Əliyev startda Böyük Britaniya idmançısına tam üstünlüklə qalib gəlib. Titullu güləşçimiz 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi türkiyəli rəqibindən növbəti dəfə güclü olaraq yarımfinala yüksəlib.

Hacımurad Hacıyev ilk görüşdə fransız rəqibini "tuşe" ilə mübarizədən kənarlaşdırıb. Milli üzvü 1/4 finalda əzmkarlıq nümayiş etdirərək son saniyələrdə həyata keçirdiyi uğurlu fəndlə Macarıstan təmsilçisini üstələyib və yarımfinala adlayıb.

Abubakr Abakarov 1/8 finalda yerli güləşçini sıradan çıxarıb. Ancaq növbəti mərhələdə Türkiyə pəhləvanına sonuncu xal prinsipinə əsasən məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Camaləddin Məhəmmədov finlandiyalı həmkarına qalib gələrək yarımfinala vəsiqə qazanıb.Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

57 kq1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya) 5:01/4 final: İslam Bazarqanov - Razvan Kovaçs (Rumıniya) 10:01/2 final: İslam Bazarqanov - Georgi Vangelov (Bolqarıstan)

65 kq1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya) 13:21/4 final: Hacı Əliyev - Selahattin Kılıçsallayan (Türkiyə) 5:21/2 final: Hacı Əliyev - Maksim Sakultan (Moldova)

74 kq1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa) 13:6 (tuşe)1/4 final: Hacımurad Hacıyev - Murad Kuramaqomedov (Macarıstan) 5:41/2 final: Hacımurad Hacıyev - Maksim Vasiloqlo (Rumıniya)

86 kq1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan) 10:51/4 final: Abubakr Abakarov - Osman Göçen (Türkiyə) 4:4*

125 kq1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya) 3:11/2 final: Camaləddin Məhəmmədov - Gennadi Kudinoviç (Almaniya)

Son xəbərlər