Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
27
apr
2024
19:28
Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
“Report” xəbər verir ki, yarımfinalda Aleks Kretini (Rumıniya) məğlub edən təmsilçimiz həlledici görüşdən də qələbə ilə ayrılıb.
E.Hacıyev bu dəfə Kristian Totu (Macarıstan) üstələyib.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.
Oxşar xəbərlər
Azərbaycan cüdoçusu Avropa çempionu olub
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub. “Report” xəbər verir ki, yarımfinalda Ad...