Avropa çempionatı: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb
28
okt
2022
22:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan cüdoçusu Nazir Talıbov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu gün start götürən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, 60 kq-da çıxış edən idmançı finalda öz komanda yoldaşı Kənan İsmayılova qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qadınlardan isə 48 kq-da yarışan Könül Əliyeva ikinci yeri tutub. O, yalnız finalda uduzaraq, gümüş medalla kifayətlənib.
Qeyd edək ki, ilk gündə Azərbaycanın ümumilikdə 9 cüdoçusu tatami üzərinə çıxıb.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...