Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinalda uduzdu

Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinalda uduzdu
İdman 61

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

BAKU.WS telegraf-a istinadən xəbər verir ki, 73 kq çəki dərəcəsində rəqib Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışan rusiyalı Danil Lavrentev olub.

Rəqibinə ipponla uduzan azərbaycanlı idmançı mübarizəni bürünc medal uğrunda davam etdirəcək.

Məmmədəliyev əvvəlki qarşılaşmalarında ardıcıl olaraq, böyük britaniyalı Benjamin Levi, Portuqaliya təmsilçisi Otari Kvantidze və azərbaycanlı olimpiya çempionu Hidayət Heydərovun Paris-2024 Yay Olimpiya Oyunlarının finalında yendiyi fransalı Joan-Benjamin Qabanı üstələyib. Heydərov qitə çempionatından öncə xəstələndiyi üçün heyətdən çıxarılıb. Nəticədə onu Məmmədəliyev əvəzləyib.

Bu gün mübarizə aparan Azərbaycanın qadın cüdoçusu Fidan Əlizadə (57 kq) ilk görüşündə latviyalı Anastasiya Sokiryanskaya qalib gəlsə də, 1/8 finalda isveçrəli Binta Ndiayeyə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk yarış günündə Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.

Oxşar xəbərlər

Bakıda güclü yanğın

Bakıda güclü yanğın

Bakıda güclü yanğın baş verib. Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.  Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi ilə əlaq...

1033 İdman 20:45 21 may 2025

Son xəbərlər