Avrokuboklarda 5 əvəzetməyə icazə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqası və Avropa Liqasında mübarizəni davam etdirən klublar matç ərzində 5 oyunçu dəyişikliyi edə biləcəklər.
BAKU.WS-in məlumatına görə, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
2020/2021 mövsümündən isə əvəzetmə sayı əvvəlkitək 3 olacaq.
Həmçinin komandaların UEFA-ya göndərdiyi iştirak ərizəsinə daha 3 futbolçunun əlavə olunmasına icazə verilib. Lakin həmin futbolçular klubun özünə məxsus olmalıdır. Siyahıda 25-dən çox oyunçunun adı olmamalıdır.
Qeyd edək ki, Çempionlar Liqası 1/4 final mərhələsindən etibarən Portuqaliyanın Lissabon (12-23 avqust), Avropa Liqası isə Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində (10-21 avqust) keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...