AVRO-2024: İngiltərə yığması qrup lideri kimi növbəti mərhələdə - YENİLƏNİB

AVRO-2024: İngiltərə yığması qrup lideri kimi növbəti mərhələdə - YENİLƏNİB
İdman 72

C qrupunun hər iki matçında hesab açılmayıb. Bununla da İngiltərə yığması 5 xalla qrup birinciliyini təmin edib. Danimarka və Sloveniya 3 xal toplayıb.

***

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları start götürüb.

C qrupunda İngiltərə - Sloveniya və Danimarka - Serbiya görüşləri Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Qarşılaşmaları müvafiq olaraq fransalı hakimlər Klement Turpin və Fransua Leteksye idarə edirlər.

Qeyd edək ki, hazırda İngiltərə millisi 4, Danimarka və Sloveniya 2, Serbiya isə 1 xala malikdir.

Son xəbərlər