AVRO-2024: Fransa növbəti 1/4 finalçı olub - YENİLƏNİB
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başa çatıb.
Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda fransızlar qələbə qazanıb - 1:0.
Yeganə qol 85-ci dəqiqədə vurulub. Yan Vertongen avtoqol müəllifi olub.
Qeyd edək ki, 1/4 finala yüksələn Fransanın rəqibi Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.
***21:43Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşündə hesab açılıb.
Düsseldorfdakı "Esprit Arena"da keçirilən matçda fransızlar hesabda önə çıxıb.
85-ci dəqiqədə Yan Vertongen avtoqol müəllifi olub.
***20:00
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başlayıb.
Qarşılaşma Düsseldorfdakı "Esprit Arena"da keçirilir.
Qeyd edək ki, görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.
Oxşar xəbərlər
"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi bəlli olur
Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq "Qarabağ"ın rəqibləri püşkatma nəticəsində bəlli olacaq. BAKU.WS Oxu.az-a is...