AVRO-2020: Final matçının hakimləri açıqlandı

AVRO-2020: Final matçının hakimləri açıqlandı
İdman 370

İtaliya və İngiltərə yığmaları arasında futbol üzrə Avropa çempionatının final matçına təyinatlar açıqlanıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər