AVRO-2020: Danimarka Çexiya yığmasına qalib gəldi - FOTO - YENİLƏNİB

AVRO-2020: Danimarka Çexiya yığmasına qalib gəldi - FOTO - YENİLƏNİB
İdman 241

AVRO-2020-nin Bakıda keçirilən sonuncu oyununun qalibi Danimarka olub.

Çexiyaya 2:1 hesabı ilə qalib gələn şimallılar yarımfinala yüksələn üçüncü komanda olub.

Onlar finala gedən yolda İngiltərə - Ukrayna görüşünün qalibi ilə qarşılaşacaqlar.

*** 21:11

Çexiya yığması Danimarka ilə oyunda hesab arasında fərqi azaldıb.

Partik Şik 49-cu dəqiqədə fərqlənib.

AVRO-2020: Danimarka Çexiya yığmasına qalib gəldi - FOTO - YENİLƏNİB

AVRO-2020: Danimarka Çexiya yığmasına qalib gəldi - FOTO - YENİLƏNİB

AVRO-2020: Danimarka Çexiya yığmasına qalib gəldi - FOTO - YENİLƏNİB

*** 20:45

Çexiya - Danimarka oyununda ikinci qol vurulub.

Qarşılaşmanın 42-ci dəqiqəsində Mehlenin cinah ötürməsini qola çevirən Kasper Dolberq komandasının üstünlüyünü möhkəmləndirib.

AVRO-2020: Danimarka Çexiya yığmasına qalib gəldi - FOTO - YENİLƏNİB

AVRO-2020: Danimarka Çexiya yığmasına qalib gəldi - FOTO - YENİLƏNİB

*** 20:05

Çexiya və Danimarka qarşılaşmasında hesab açılıb. Danimarkanın heyətində Thomas Delaney 5-ci dəqiqədə fərqlənib.

AVRO-2020: Danimarka Çexiya yığmasına qalib gəldi - FOTO - YENİLƏNİB

AVRO-2020: Danimarka Çexiya yığmasına qalib gəldi - FOTO - YENİLƏNİB

*** 20:02

Çexiya və Danimarka yığmaları arasında Avropa çempionatının 1/4 final mərhələsinin oyunu start götürüb.

BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda (BOS) keçirilən görüş saat 20:00-da başlayıb.

Oyunu niderlandlı FIFA referisi Byorn Kuypers idarə edir.

Qeyd edək ki, daha əvvəl BOS-da A qrupunun üç görüşü gerçəkləşib.

Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 7. Antonin Barak, 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 13. Petr Şevçik, 15. Tomaş Souçek (k), 18. Yan Boril

Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər