AVRO-2020: Bakıdakı son oyunda heyətlər açıqlandı
Bu gün AVRO-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Bakıda keçiriləcək.
Paytaxtımızdakı son oyun Çexiya və Danimarka yığmaları arasında olacaq. Görüş Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Mərhələnin sonuncu görüşü isə Ukrayna və İngiltərə yığmaları arasında olacaq. Bu oyun Romadakı “Olimpiko” stadionunda keçiriləcək.
Bu oyunların qalibi yarımfinalda bir-biri ilə üz-üzə gələcək. Digər yarımfinal görüşü İspaniya və İtaliya yığmaları arasında baş tutacaq.
Avropa çempionatı1/4 final3 iyul
20:00. Çexiya – DanimarkaBaş hakim: Byörn Kuypers (Niderland).Bakı. Olimpiya stadionu.
Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 7. Antonin Barak, 9. Tomaş Holeş, 10. Patrik Şik, 12. Lukas Masopust, 13. Petr Şevçik, 15. Tomaş Souçek (k), 18. Yan Boril
Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq
Oxşar xəbərlər
AVRO-2020: İngiltərə və Xorvatiya qrupdan çıxdı
D qrupunda qarşılaşmalar yekunlaşıb. İngiltərə Sterlinqin qolu ilə Çexiya millisini, Xorvatiya yığması isə 3:1 hesabı ilə Şotlandiya yığmasını məğlub edib. ***...