Atam Messi və Ronaldudan daha yaxşı oynayıb - Sabiq futbolçunun oğlu

Atam Messi və Ronaldudan daha yaxşı oynayıb - Sabiq futbolçunun oğlu
İdman 258

Gürcüstan millisinin və Rusiyanın “Rubin” klubunun futbolçusu Xviça Kvaratsxeliya hər zaman atasının “Yuventus”un hücumçusu Kriştianu Ronaldu və “Barselona”nın hücumçusu Lionel Messidən daha yaxşı oyunçu olduğunu düşündüyünü bildirib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, futbolçu atasının heç vaxt onu meydana qovmadığını, lakin öz arzusu olduğunu bildirib.

"Mənim atam öz karyerasında Azərbaycan çempionatında çıxış edərək çox qollar vurub. Hətta Azərbaycan millisində də oynayıb. Mən heç nə xatırlamıram, o vaxt çox kiçik idim. Ancaq bizdə oyunların görüntüləri var, onlara baxmışam. Bilirsiniz, mənə uşaq vaxtı Messi və Ronaldunun ən yaxşı olduqlarını deyirdilər. Ancaq mən düşünürdüm ki, mənim atam onlardan daha yaxşı oynayıb”, - deyə gürcü futbolçu bildirib.

Xatırladaq ki, Xviça Kvaratsxeliyaya “Kəpəz” və “Şəmkir” klublarının heyətində göstərdiyi oyun ilə Azərbaycan azarkeşlərinin sevimlisinə çevrilmiş Badri Kvaratsxeliyanın oğludur.

Ata Kvaratsxeliya futbol üzrə Azərbaycan millisində də çıxış edib.

Son xəbərlər