Arvadını bıçaqlayan, qayınanasını döyən “Azəristiliktəchizat”ın keçmiş əməkdaşı yenidən hakim qarşısına çıxır
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda arvadını bıçaqlamaqda və qayınanasını döyməkdə təqsirləndirilən Elzamin Ağayevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası iyulun 7-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə ötən il martın 4-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Elzamin Ağayev həyat yoldaşı Minayə Ağayeva və onun anası Zülfiyyə Qafarova ilə ailə münaqişəsi zəminində mübahisə edib. Daha sonra o, arvadını mətbəx bıçağı ilə bıçaqlayıb, qayınanasını döyüb.
Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşı tərəfindən saxlanılan Elzamin Ağayev barəsində Cinayət Məcəlləsinin 126-1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Elzamin Ağayev “Azəristiliktəchizat” ASC-nin 10 saylı istilik sistemləri istismar sahəsində əməliyyatçı işləyib.
Oxşar xəbərlər
Bu gün Rafael Ağayevin doğum günüdür
Bu gün Azərbaycan karatesinin "Qara brilliant"ı, 5 qat dünya, 11 qat Avropa çempionu, Olimpiya ikincisi Rafael Ağayevin doğum günüdür. BAKU.WS xəbər verir ki, A...