"Arsenal"ın transfer etmək istədiyi "sarı fırtına" Azərbaycanın HƏDƏFİNDƏ - FOTO/VİDEO

Arsenalın transfer etmək istədiyi sarı fırtına Azərbaycanın HƏDƏFİNDƏ - FOTO/VİDEO
Foto Video
İdman 123

London "Arsenal"ı "Çanakkale Atletik"də oğlanlarla birgə top qovan 10 yaşlı Röya Su Altınözü transfer etmək istəyir.

BAKU.WS xəbər verir ki, Avropanın 4 böyük klubunun və Azərbaycan millisinin heyətinə qatmaq istədiyi "sarı fırtına" ləqəbli Röya ulduz futbolçu Erlinq Holanda bənzədilir.

Futbolda kumiri Kriştiano Ronaldo olan 10 yaşlı qızcığaz 5-ci sinifdə oxuyur. 4 yaşından futbolla məşğul olan Röya Su Altınöz həftənin yeddi günü məşq edir. Türk əsilli isveçrəli futbol meneceri Lara Braun təsdiqləyib ki, 10 yaşlı futbolçu ilə Avropanın 4 klubu və Azərbaycan millisi yaxından maraqlanır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər