"Arsenal"ın futbolçusu ötən ilin ən yaxşı müdafiəçisi seçilib
2023-cü ilin ən yaxşı müdafiəçiləri açıqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, "S90" nəşrinin versiyasına əsasən, birinci sırada İngiltərənin "Arsenal" klubunun və Fransa millisinin futbolçusu Uilyam Saliba qərarlaşıb.
"Mançester Siti"dən Kayl Uolker ikinci, onun komanda yoldaşı Ruben Diaş üçüncü olub.
"Liverpul"dan Vircil Van Deyk dördüncü, İtaliyanın "İnter" klubundan Federiko Dimarko beşinci, Almaniya çempionu "Bavariya"dan Kim Min Ce altıncı, Fransa təmsilçisi PSJ-dən Əşrəf Hakimi yeddinci pillədədir.
"10-luğ"u "Liverpul"dan Trent Aleksander-Arnold, "Bavariya"dan Alfonso Deyvis və İspaniyanın "Barselona" komandasından Ronald Arauxo tamamlayır.
Oxşar xəbərlər
“Qızıl top”a namizədlər açıqlandı - Ronaldo və Neymarın adı yoxdur
Futbol dünyasının ən prestijli mükafatlarından sayılan “Qızıl top”un təşkilatçıları tərəfindən ilin ən yaxşı futbolçusu mükafatına namizədlər açıqlanıb. BAKU.W...