Arda Turanın klubu hərəkətə keçdi: "Qalatasaray"dan bu futbolçunu istəyir!

Arda Turanın klubu hərəkətə keçdi: Qalatasaraydan bu futbolçunu istəyir!
İdman 50

Super Liqanın yeni komandası "Eyüpspor" transferlər üçün hərəkətə keçdi.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, baş məşqçi Arda Turanın hesabatı istiqamətində transfer işlərinə davam edən "Eyüpspor" rəhbərliyi "Qalatasaray"dan futbolçunu siyahısına daxil edib.

"Eyüpspor" "Qalatasaray"dan Serxio Oliveyranı transfer etmək istəyir.

Qeyd edək ki, 31 yaşlı portuqaliyalı yarımmüdafiəçinin "Qalatasaray"la müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.

"Qalatasaray"ın 2022-2023 yay transfer dövründə "Porto"dan 3 milyon avro qarşılığında heyətinə qatdığı Serxio Oliveyra "sarı-qırmızılı" forma ilə 58 matçda 6 qol vurub, 7 məhsuldar ötürmə edib və 13 qola imza atıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Super Liqada ən bahalı heyətə malik klublar

Super Liqada ən bahalı heyətə malik klublar

Super Liqada zirvə yarışı həyəcanla davam edir. BAKU.WS xəbər verir ki, "Transfermarkt" portalı futbolçuların bazar dəyərinin yeniləndiyi yeni cədvəli açıqlayı...

3 İdman 16:08 18 mart 2024

Son xəbərlər