Arda Güler üçün "AVRO 2024" narahatlığı - "Real"dan ayrıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Zədələri sağalmasına baxmayaraq, "Real Madrid"də istədiyi oyun vaxtını əldə etməkdə çətinlik çəkən Arda Güler üçün "AVRO 2024" narahatlığı yaranıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, gənc istedadın Madrid klubundan ayrılması gündəm ola bilər.
Mövsümün sonunda Avropa çempionatının keçiriməsi Ardanın vəziyyətini dəyişir.
Almaniyada keçiriləcək AVRO 2024-də Türkiyə Milli Komandasının ulduzlarından biri olacağı gözlənilən Ardanın İspaniya yığmasında məhdud vaxt alması nəhəng turnirə qatılma ehtimalını doğurur.
18 yaşlı futbolçunun mövsümün sonuna qədər müntəzəm oynaya biləcəyi bir komandaya icarəyə getməsi bu baxımdan fərqli variant kimi masada qalır.
Xatırladaq ki, Güler Kral Kubokunda "Arandina" ilə oyunda 11-likdə yer alan futbolçu La Liqada "Atletiko" ilə Superkubok matçında 8, "Las Palmas" matçında isə 9 dəqiqə meydanda olub.
Oxşar xəbərlər
"Real Madrid"də Arda Güler transferinin pərdəarxası: 16 mart 2023-cü il matçı...
Türkiyə millisinin üzvü Arda Gülerin "Fənərbağça"dan İspaniya nəhəngi "Real Madrid"ə transferinin pərdəarxası prosesi üzə çıxıb. BAKU.WS xəbər verir ki, bu barə...