Arda Gülər sevənlərə şad xəbər - "Real Madrid"də Ançelotti dövrü bitir
Yeniliklərdən dərhal xəbərdar olun
Əzəli rəqibi "Barselona"ya evdə 4:0 hesabı ilə uduzan "Real Madrid"in baş məşqçisi Ançelotti klubdan ayrılır.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, iddialara görə, "Real"da Ançelotti erası mövsümün sonunda bitəcək.
Məlumata görə, "Real Madrid"in prezidenti Peres yeni mövsümdə yeni məşqçi ilə yola çıxacaq. Əsas hədəf "Bayer Leverkuzen" klubunun rəhbəri Xabi Alonsodur.
Madrid klubu daha əvvəl Ançelotti ilə müqaviləni 2026-cı ilin sonuna qədər uzatmışdı. Lakin El Clasico-dakı ağır məğlubiyyətdən və son heyət seçimlərindən sonra Peresin ispan məşqçi ilə yollarını ayırmaq istədiyi iddia edilib.
Xatırladaq ki, daha əvvəl mətbuatda Arda Gülər və Ançelotti arasında anlaşılmazlıqların olduğu barədə xəbərlər yayılmışdı.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...