Arda Gülərlə bağlı daha bir İDDİA
Yeniliklərdən dərhal xəbərdar olun
"Real Madrid"in türkiyəli ulduzu Arda Gülərlə bağlı daha bir iddia ortaya atılıb.
BAKU.WS-in xəbərinə görə, bu barədə "Todofichajes" nəşri yazır.
Məlumatda Madrid klubunun Ardanı göndərmə ehtimalı bildirilib.
"Bizdə olan məlumata görə, Arda Gülərin komandadan icarə əsasında ayrılması qaçılmazdır. Ançelotti Seballosa güvənir", - "TodoFichajes" yazır.
Qeyd olunub ki, "Real" rəhbərliyi Dani Seballos və Arda Gülər arasında seçim edərsə, icarəyə göndəriləcək futbolçu Arda olacaq.
Bunun səbəbi isə Toni Kroos göstərilir. Karlo Ançelotti Seballosun karyerasını bitirmək qərarına gələn və "Real Madrid"dən ayrılan Kroosu əvəz edə biləcəyini düşünür.
İtalyan çalışdırıcının topa daha yaxşı nəzarət edən birinə üstünlük verəcəyi bildirilib.
Vəziyyətindən xəbərdar olan Seballos menecerinə ona gələn təklifləri qəbul etməməyi tapşırıb.
Oxşar xəbərlər
"Real" Kroosu əvəzləyəcək iki namizəd futbolçunu müəyyənləşdirdi
"Bayern"nin yarımmüdafiəçisi Coşua Kimmiks və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Real Madrid"in maraq dairəsinə düşüb. BAKU.WS-in xəbərinə görə, bu ba...