Arda Gülər görüntüləri ilə diqqət çəkdi - Əgər forma geyinmək şansı olsaydı... - FOTO
İspaniya Liqasının 22-ci həftəsində, “Real Madrid” “Xetafe” matçında əvəzedici heyətdə yer alan Arda Gülər meydana çıxa bilməsə də gündəmə gəlib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, o, üzərində Türkiyə bayrağı əks olunmuş baldır qoruyucusundan istifadə edib.
İddialara görə, Gülər matça girib qol vura bilsəydi, ehtiyat oyunçular skamyasının arxasında Ardanın “Fənərbaxça” və Türkiyə milli komandasının formaları olan posteri göstəriləcəkdi.
Qeyd edək ki, bu mövsüm ümumilikdə 76 dəqiqə meydanda olan Gülər hələ ki, nə qol, nə də məhsuldar ötürməyə imza ata bilməyib.
Oxşar xəbərlər
"Real Madrid"də Arda Güler transferinin pərdəarxası: 16 mart 2023-cü il matçı...
Türkiyə millisinin üzvü Arda Gülerin "Fənərbağça"dan İspaniya nəhəngi "Real Madrid"ə transferinin pərdəarxası prosesi üzə çıxıb. BAKU.WS xəbər verir ki, bu barə...