"Araz-Naxçıvan" klubu baş məşqçisi ilə yolları ayırıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Araz-Naxçıvan" futzal klubu müvəqqəti baş məşqçi, serbiyalı Predraq Rayiçlə yolları ayırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
O, yeni baş məşqçinin əcnəbi olacağını vurğulayıb:
"Predraq Rayiçlə yolları rəsmən ayırdıq. Son iki oyuna komandanı Ağakərim Həsənov müvəqqəti baş məşqçi kimi çıxardı. Yeni, əcnəbi baş məşqçi dəvət ediləcək. Hazırda MDB ölkəsindən olan bir mütəxəssislə danışıqlar aparırıq. Hələ ki, yekun qərar yoxdur".
Qeyd edək ki, "Araz-Naxçıvan" Yüksək Liqanın turnir cədvəlində 16 xalla 6 komanda arasında üçüncüdür.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...