Aqil Abbas DÇ-2022-nin finalında hansı komandaya azarkeşlik edəcək?

Aqil Abbas DÇ-2022-nin finalında hansı komandaya azarkeşlik edəcək?
İdman 103

"Argentinaya azarkeşlik etsəm də, bilirəm ki, Fransa çempion olacaq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

O, Argentinaya azarkeşlik etməsinin səbəbini belə açıqladı:

"Mən hər zaman Messinin oyun tərzini xoşlamışam, ona azarkeşlik etmişəm. Messi də Argentinada oynayır deyə istərdim, DÇ-2022-də Argentina yığması qələbə qazansın. Başqa heç bir səbəbi yoxdur".

Qeyd edək ki, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər