Ançelotti: "Mbappedə heyvani keyfiyyətlər var"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti əmindir ki, "Los Blancos"un hücumçusu Kilian Mbappe ən yaxşı formasına qayıdacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
"Bütün hücumçular qol vura bilməsələr, əsəbiləşirlər. Mən görürəm ki, o (Mbappe) motivasiyalıdır və komanda yoldaşları ilə məşq etməkdən xoşbəxtdir. Uğursuz seriya gec-tez dayanacaq. Onun sabah əla matçı olacaq, bu, sadəcə zaman məsələsidir. O, heyvana xas xüsusiyyətlərə malikdir, gec-tez bunları sübut edəcək", - Ançelottinin sözlərini "Marca" sitat gətirb.
Mbappe sonuncu dəfə oktyabrın 19-da İspaniya Primerasının 10-cu turunun "Selta" ilə matçında rəqib qapısına zərbə endirib. Həmin oyunda madridlilər 2:1 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
Kubok qazansa da işdən çıxarıldı
"Tottenhem"in baş məşqçisi Ancelos Postekoqlou klubun Avropa Liqasının finalında qazandığı tarixi qələbəyə baxmayaraq, postunu tərk edib. BAKU.WS xəbər verir ki...
