Almaniya təmsilçisi dünya çempionatında qızıl medal qazanıb - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Atıcılıq idmanı üzrə dünyada son beş ilin ən böyük hadisəsi Bakıda davam edir.
Oxu.Az xəbər verir ki, dünya çempionatının bugünkü final yarışları 25 metr məsafəyə tapançadan atəş üzrə qadınların mübarizəsi ilə başlayıb.
Yarışın qızıl medalına 40 xalla Almaniya təmsilçisi Doren Vennekamp sahiblənib.
Ukrayna yığması dünya çempionatında ilk medalını əldə edib. Ukraynalı Olena Kosteviç 31 xalla öz komandasına gümüş medal qazandırıb.25 xalla bürünc medala yiyələnən Latviya atleti Aqate Rasmane komandasının bu dünya çempionatında ilk uğuruna səbəb olub.
Bu yarışda finala düşmüş Latviya, Tailand, Cənubi Koreya və Çin Taypeyi komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiadasında iştiraka lisenziya qazandırıblar.
Qalereya
Oxşar xəbərlər
Türkiyə komandası tapança atıcılığı üzrə yarışda bürünc medal qazanıb, nazir qaliblərə medalları təqdim edib - YENİLƏNİB
Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışın qızıl medallı qalibi finlandiyalı Noora Antikaynen, kişilər arasında ke...