Alim Nəbiyev finalda erməni idmançıya uduzdu

Alim Nəbiyev finalda erməni idmançıya uduzdu
İdman 6081
İyunun 2-də Böyük Britaniyanın Birmingem şəhərində peşəkar kikboksçular arasında "Glory 54” turniri keçirilib.BAKU.WS-in oxu.az-a istinadla məlumatına görə, Azərbaycanın və "Qəbələ” idman klubunun kikboksçusu Alim Nəbiyev yarımorta çəki dərəcəsində final döyüşündə Belçikada yaşayan Ermənistan idmançısı Harut Qriqoryanla üz-üzə gəlib.Beş raundluq döyüşdə hakimlər qələbəni erməni idmançıya verib.Döyüşdən sonra Qriqoryan etiraf edib ki, diz ilə çox zərbə buraxıb.Bu, hesabında 49 qələbə və 6 məğlubiyyət olan Alimin peşəkar rinqdə 56-cı döyüşü idi.A.Nəbiyev finaladək fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlib.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər