Ağasəlim Mircavadov Fransaya 10:0-lıq məğlubiyyətdən danışdı: Adı gələndə, indi də başım fırlanır - VİDEO

Ağasəlim Mircavadov Fransaya 10:0-lıq məğlubiyyətdən danışdı: Adı gələndə, indi də başım fırlanır - VİDEO
Video
İdman 581
"Yığma səviyyəsində olsa, həmin vaxt sağ qalsam, yığmamız Fransanı məğlub etsə, mən futbolçuları öpüb qucaqlayacam".BAKU.WS xəbər verir ki, bu sözləri tanınmış futbol mütəxəssisi Ağasəlim Mircavadov İTV-də yayımlanan 3D proqramında bildirib. O, verilişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən həmçinin deyib ki, həmin vaxt Fransaya 10:0 məğlubiyyətdən sonra bir həftə özünə gələ bilməyib:"İndiyə kimi Fransaya məğlubiyyət yuxuma gəlir. Açığı deyim ki, həmin vaxt oyun qurtaran kimi otelə gəldik və mən istefa ərizəmi yazıb Fuad Musayevə təqdim etdim. O, danışmadı. Mən bir həftə özümə gələ bilmədim. Uşaqlar orada heç də pis oynamamışdılar. Bizim də üç epizodumuz olmuşdu. Başqa yığmalarla oyunda heç belə epizodlar yarada bilməmişdik. Amma Fransaya qarşı bunu realaşdıra bilsək də, qol vura bilmədik. Amma onlar 30-35 metrdən zərbə endirirdilər və qol olurdu. Çox qəribə hal idi. Mən birinci hissənin ortasında qapçını da dəyişdim. Bəlkə qapıçı özünü itirib, digəri fərqli oynayar. Sizə açıq deyim ki, Fransa adı gələndə, mənim başım fırlanır. Yığma səviyyəsində olsa, həmin vaxt sağ qalsam, yığmamız Fransanı məğlub etsə, mən futbolçuları öpüb qucaqlayacam".
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Fransaya olar, Türkiyəyə olmaz - VİDEO

Fransaya olar, Türkiyəyə olmaz - VİDEO

UEFA Almaniya və Fransa millilərinin müraciətindən sonra Türkiyə futbolçularının qol sevinci zamanı hərbi salam verməsinə görə araşdırma başladıb.BAKU.WS xəbər...

1972 İdman 17:55 15 oktyabr 2019

Son xəbərlər