Afradan Arda Gülerlə bağlı PAYLAŞIM - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur aktrisası, "Yalı Çapkını" serialının ulduzu Afra Saraçoğlu "Fənərbağça"dan "Real Madrid"ə transfer olan Arda Gülerlə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, aktrisa instaqram hesabında Gülerin fotosunu paylaşaraq bu sözləri qeyd edib:
"Yolun açıq, şansın bol olsun!"
Xatırladaq ki, 18 yaşlı futbolçu "Real Madrid"ə transfer olub.
Madridlilər gənc oyunçu üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək. Həmçinin, əlavə 10 milyon avro bonuslar şəklində "Fənərbağça"nın hesabına köçürüləcək.
Bundan başqa, İstanbul təmsilçisi futbolçunun növbəti satışından 20 faiz pay alacaq.
Oxşar xəbərlər
Arda Güler "Real Madrid"ə transfer oldu - RƏSMİ
"Fənərbağça" klubu 18 yaşlı futbolçusu Arda Güleri "Real Madrid"ə satıb. BAKU.WS xəbər verir ki, bu barədə "Real Madrid" klubu açıqlama yayıb. Onunla 6 illik mü...