AFFA prezidenti: "Strategiyamızın ən əsas məqsədlərindən biri uşaq futbolunun inkişafıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"AFFA-nın strategiyasının əsas məqsədlərindən biri uşaq futbolunun inkişafıdır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövşən Nəcəf 247 saylı məktəbdə futbol meydançasının açılışı zamanı deyib.
O, futbolun məşhurlaşmasının da önəminə toxunub:
"Bildiyiniz kimi bizim strategiyamızın ən əsas məqsədlərindən biri uşaq futbolunun inkişafıdır. Eyni zamanda futbolun populyarlaşmasıdır. Həmçinin uşaqların məktəblərdə futbolla məşğul olmasıdır. Futbolla məşğul olanların sayının artırılması da qarşıya qoyulan əsas hədəflərdəndir".
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...