AFFA-nın D kateqoriyalı məşqçi kursları start götürüb

AFFA-nın D kateqoriyalı məşqçi kursları start götürüb
Foto
İdman 42

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına start verilib.

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən kursa 20-dən çox şəxs cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumat verilib.

Qeyd edək ki, kurs 3 gün davam edəcək.

Oxşar xəbərlər

"Qarabağ" bu mövsüm çempion ola biləcəkmi?

"Qarabağ" bu mövsüm çempion ola biləcəkmi?

Baku TV-nin "İdmanda nə baş verir?" podkastının yeni buraxılışında Azərbaycan futbolundan bəhs olunub. "Qarabağ" bu mövsüm çempion ola biləcəkmi? Azərbaycan Pre...

24 İdman 21:49 19 mart 2026

Son xəbərlər