AFFA "Neftçi"ni 12 min, "Qarabağ"ı 8 min cərimələdi
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 29-cu turunun cəzalarını açıqlayıb.
BAKU.WS xəbər verir ki, turun mərkəzi görüşü olan "Neftçi" – "Qarabağ" matçında azarkeşlərin hərəkətlərinə görə hər iki komanda ziyana düşüb.
"Neftçi" – "Qarabağ" oyununun 90+3-cü dəqiqəsində "Neftçi" komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə "Neftçi" komandası 5000 manat cərimə edilib.
"Neftçi"nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə "Neftçi" komandası 8000 manat cərimə edilib.
"Qarabağ"ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə "Qarabağ" komandası 7000 manat cərimə edilib.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...