AFFA məşqçini ömürlük futboldan uzaqlaşdırdı
14
iyn
2024
16:30
Bu gün AFFA-da Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
BAKU.WS xəbər verir ki, I Liqada “İrəvan” klubunda çıxış edən Fəhmin Muradbəylinin danışılmış oyunlarda iştirakına görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın İntizam Komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Bundan əlavə, “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən Rüfət Həsənova da eyni cəza verilərək ömürlük futboldan uzaqlaşdırılıb.
Oxşar xəbərlər
AFFA 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlük futboldan uzaqlaşdırıb
AFFA İntizam Komitəsi 4 nəfəri danışılmış oyunlarda iştiraka görə ömürlür futboldan uzaqlaşdırıb. BAKU.WS xəbər verir ki, onlardan ikisi I Liqa təmsilçisi “İrəv...