AFFA hakimləri söyən baş məşqçini cəzalandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA İntizam Komitəsi 1-ci liqada mübarizə aparan "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadəni sərt cəzalandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
İntizam Komitəsi bugünkü iclasında mütəxəssislə bağlı qərar qəbul edib. Qərarda bildirilib ki, 1-ci liqanın 26-cı turunun "Karvan"la oyunu bitdikdən sonra "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalandırılıb. Onun klubu isə 400 manat cərimə edilib.
Qeyd edək ki, Amit Quluzadə ötən ildən "Qaradağ Lökbatan"ın baş məşqçisidir.
Oxşar xəbərlər
AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib. BAKU.WS xəbər verir ki, buna I Liq...