AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirildi

Bakı Olimpiya Stadionunda Azərbaycan Premyer Liqasına və Birinci Divizion matçlarına təyinat alan hakimlər üçün seminar keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminarda "Danışılmış oyunlar"a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.
İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.
Oxşar xəbərlər
Ayaz Quliyev: “Azərbaycan mənim Vətənimdir və millidə oynamaq mənim üçün şərəf olar” - MÜSAHİBƏ
AFFA rəhbərliyi son beş-altı ildə Rusiya və Ukraynanın yüksək liqasında çıxış edən azərbaycanlı futbolçuların milliləşdirilməsinə nail olub. Bu gün əsas millini...