ABŞ çempionu nokaut olduğu döyüşdən sonra öldü - VİDEO
17
okt
2019
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ boksçusu Patrik Dey döyüş zamanı aldığı xəsarətlərdən komaya düşüb və xəstəxanada ölüb.BAKU.WS xəbər verir ki, 27 yaşlı boksçu Çikaqo şəhərində keçirilən döyüşdə həmyerlisi Çarlz Konvey ilə üz-üzə gəlib.Döyüş çox gərgin keçib. Döyüşün 10-cu raundunda Çarlz Konvey güclü zərbə ilə Deyi nokauta salıb. Deyi rinqdən huşsuz vəziyyətdə xərəklə çıxarıblar.İdmançı təcili olaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti getdikcə pisləşib və Patrik Dey komaya düşüb.Həkimlərin səyinə baxmayaraq idmançı 4 gün sonra ölüb.
Oxşar xəbərlər
Bellator tarixində ilk: Erməni idmançı 8 saniyəyə yerə sərildi - VİDEO
"Bellator" qaydasız idman yarışında ən qısa müddətli nokaut qeydə alınıb. BAKU.WS xəbər verir ki, yeni antirekord erməni idmançı Georgi Karaxanyana məxsusdur. A...