ABŞ basketbolçusu: "Azərbaycanda oynamağın geriyə addım olduğunu deməzdim"
Yeniliklərdən dərhal xəbərdar olun
"Gürcüstan mənim üçün böyük təcrübə oldu. Şübhəsiz ki, orada rəqabətli liqa var. Amma Azərbaycanda oynamağın geriyə addım olduğunu deməzdim".
BAKU.WS xəbər verir ki, bunu "report"a müsahibəsində "Olimpik Şəki"nin basketbolçusu Larri Robinson Azərbaycan Basketbol Liqasının səviyyəsi barədə danışarkən deyib.
O bildirib ki, ölkə çempionatı düzgün istiqamətdə irəliləyir: "Burada oynamaq hekayəmin yalnız bir hissəsidir. Ümid edirəm ki, bu mövsümdən sonra daha çox basketbolçu bu ölkədə oynamaq istəyəcək".
Qeyd edək ki, 24 yaşlı müdafiəçi 1993/1994 mövsümündə “Hyuston Rokets”in heyətində Milli Basketbol Assosiyasının (NBA) qalibi olmuş Larri Robinsonun oğludur.
Oxşar xəbərlər
NBA-da ilk milyarder basketbolçunun adı məlum oldu - FOTO
Məşhur amerikalı basketbolçu, ikiqat olimpiya çempionu LeBron Ceymsin sərvəti 1 milyard dollar olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, “Forbes" jurnalını...