Abdurrahman Hüseynli: "Dünya çempionatının finalında öz səhvimə görə məğlub oldum"

Abdurrahman Hüseynli: Dünya çempionatının finalında öz səhvimə görə məğlub oldum
İdman 27

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatının finalında öz səhvinə görə məğlub olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 51 kq çəki dərəcəsində mübarizə aparan idmançı özü bildirib.

O, final görüşündə uduzduğuna görə çox təəssüfləndiyini söyləyib:

"Ölkəmizdə keçirilən dünya çempionatında qızıl medal qazanmalı idim. Öz səhvlərimə görə finalda məğlub oldum. Görüşə aktiv şəkildə başlamamışdım. İnşallah, növbəti dünya çempionatında daha yaxşı çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksələcəyəm".

Qeyd edək ki, Abdurrahman Hüseynli finalda özbəkistanlı Bunyod Hasanova uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər