Abdullah Zubir: "Viktoriya"nı yaxşı analiz etmişik"
"Bizi çətin oyun gözləyir. Rəqibi yaxşı analiz etmişik. Fiziki və taktiki baxımdan hazırıq. Sabah yaxşı nəticə ilə qrupa vəsiqə qazanmağa çalışacağıq".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
30 yaşlı yarımmüdafiəçi heç vaxt ÇL-in qrupunda oynamadığını söyləyib: "Bu addımı atmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.
Oxşar xəbərlər
Qurban Qurbanov: "Məqsəd qrupa düşməkdir"
"Hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir. Bu gün belə şansımız var. Rəqib də eyni fikirdədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə...